Eks-prezident açıqladı: Rusiyanı yalnız belə dayandırmaq olar

Eks-prezident açıqladı: Rusiyanı yalnız belə dayandırmaq olar

Rusiyanı yalnız Avropa ölkələrinin və Kiyevin birləşmiş gücü dayandıra bilər.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk “Qordon” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, AB dövlət başçılarının hərəkətində ardıcıllıq yoxdur:

“Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər, sonra "Şimal axını-2" qaz boru kəmərinin tikintisində iştirak edir və məhdudiyyətlərin qaldırılmasını müzakirə edirlər. Hesab edirəm ki, Ukraynanı dəstəkləyən koalisiyalı, sərt birləşmiş qüvvələr Rusiyanı dayandıra bilər”.

Mənbə: axar.az