Putindən Qələbə paradı ilə bağlı - Qərar

Putindən Qələbə paradı ilə bağlı - Qərar

Rusiya Prezidenti Vladimir Putin Qələbə paradının keçirilməsi səbəbilə 24 iyunun qeyri-iş günü elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 10:00-da Qırmızı Meydanda və ölkənin digər şəhərlərində Böyük Vətən Müharibəsininin 75 illiyi ilə münasibətilə Qələbə Paradı keçiriləcək.

Mənbə: axar.az