Paşinyan həyəcanlandı: Fransanı keçdik, İtaliyaya çatırıq...

Paşinyan həyəcanlandı: Fransanı keçdik, İtaliyaya çatırıq...

Bir milyon nəfərə düşən koronavirus xəstəsi sayına görə Fransa və İranı üstələmişik, Rusiya ilə bərabər vəziyyətə gəlib çıxmışıq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hadisələr belə templə davam edərsə, biz artıq İtaliyanı da haqlayacağıq.

Epidemiyanın yayılmasının belə bir tempi avtomatik olaraq ağır və son dərəcə ciddi hadisələrə, ölüm hallarının artmasına səbəb olur. Bu vəziyyətin səbəbi anti-epidemioloji qaydalara kütləvi şəkildə riayət edilməməsi və vətəndaşlarımızın epidemioloji xəbərdarlıqlara ciddi yanaşmamasıdır”, –Paşinyan brifinq zamanı deyib.

O bildirib ki, bu gündən etibarən Ermənistan Nazirlər Kabineti adından İrəvan küçələrində Fövqəladə Hallar Nazirliyinin maşınlarının köməyi ilə insanlara maska taxılması, sosial məsafə saxlanılması, əllərin vaxtaşırı dezinfeksiya edilməsi ilə bağlı çağırışlar edilir.

Mənbə: axar.az