Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var

"Bu, xəstəlikdən daha artıqdır. Xəstəlik məsələnin yarısını, bəlkə də daha az hissəsini əhatə edir"

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, yeni növ koronavirus pandemiyasında "xəstəlik məsələnin yarısını təşkil edir, qalanı isə siyasətdir". Sputnik Azərbaycan ""yə istinadən xəbər verir ki, bunu Lukaşenko Minsk Traktor Zavodunu ziyarət edən zaman bildirib.

"Mən əvvəlki kimi bir prinsipə sadiqəm: Bu, xəstəlikdən daha artıqdır. Xəstəlik məsələnin yarısını, bəlkə də daha az hissəsini əhatə edir. Yerdə qalan isə siyasətdir", - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virusa yoluxanların sayı 5,8 milyonu keçib, 360 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi

SONRAKI XƏBƏR

Belarus Rusiyanın borcunu qaytarmaq istəmir