Belarus Rusiyanın borcunu qaytarmaq istəmir

Belarusla Rusiya arasında son vaxtlar çox gərginlik yaşanır. Xüsusilə enerji məsələsində postsovet ölkələri ortaq dil tapmağa çətinlik çəkir.

Bizimyol.info xəbər verir ki, Belarus Rusiyanın təbii qaza görə borcunu qaytarmaq istəmir. Kreml 165.57 milyon dollar borcdan danışır. Rəsmi Minsk isə deyir ki, ruslara heç bir borcları yoxdur. Belarus Energetika Nazirliyi açıqlamasında əslində tərəflərin qiymət məsələsində fikir ayrılığının olduğunun bildirib.

Belarus dəfələrlə Rusiyadan təbii qaz qiymətinin aşağı salınmasını xahiş edib. Amma ruslar heç cür güzəştə getmək istəmir. Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin qiymətləri uyğun saydığını söyləmişdi. Dövlət başçısı demişdi ki, xərcləri və şərtləri də nəzərə almaq lazımdır.

“Qazprom” danışıqlara hazır olduğunu bəyan edib. Amma bu il qiymətlər aşağı salınmayacaq. Ən tezi 2021-ci ilin yanvarından bu məsələyə baxmaq olar.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var

SONRAKI XƏBƏR

Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO