Türkiyə daha bir ilkə imza atdı

Türkiyə daha bir ilkə imza atdı

Bu gün yenicə hazırlanmış “Fatih Montaj” gəmisi İstanbul boğazından keçərək Qara dənizə yol alıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, İstanbulun fəthinin 567-ci ildönümünə həsr olunan bu əlamətdar hadisə koronovirus qadağaları üzündən təntənəsiz keçib.

Lakin bu gün bütün Türkiyə bu olaydan danışır. Hətta prezident Rəcəb Tayyib Ərdoğan da bununla bağlı öz “Twitter” hesabından paylaşım edib. Paylaşımda “Ölkəmizin mənafeləri sadəcə 780 min kilometrlik Vətən torpağında deyi, üç tərəfimizi əhatə edən mavi vətən sularındadır. “Fatih Montaj Gəmimizin fəaliyyətə başladığı bu əlamətdar gündə Rəbbimdən uğurlar diləyirəm”, – sözləri yer alıb.

Fatih qazma gəmisinin uzunluğu 229, eni isə 36 metrdir. Gəmi 12 min metr dərinlikdə qazma işləri aparmaq imkanına malikdir. 200-dən artıq texniki heyətə malik gəmi ən son nəsil qazma texnologiyası ilə təchiz edilib.

SURXAY

Mənbə: konkret.az