ABŞ-ın Rusiyaya süni nəfəsalma cihazları göndərmək planları suallar doğurur

Birləşmiş Ştatlar yerli istehsallı tibbi süni nəfəsalma cihazlarının ikinci partiyasını koronavirusla mübarizə məqsədilə Rusiyaya göndərəcək. Lakin bu xoşməramlı jest Donald Tramp administrasiyasını suallar və tənqidlərlə üz-üzə qoyub.

Mayın 30-da Moskvaya çatması planlaşdırılan bu cihazları ABŞ Konqresinin Demokratları tərəfindən daha geniş məlumat verilməsinin haqda ikinci tələbin ardınca həyata keçirilir. Demokratlar daha əvvəl Rusiya istehsalı olan cihazların ABŞ-a göndərilməsi səbəbini sual edir. CMS Pangea v.7.13.0.0 (Nov-2 2016 09:54:03)

ABŞ-a göndərilən nəfəsalma cihazlarının kim tərəfindən maliyyələşdirilməsi eləcə də Tramp administarsiyasının istehsalçı şirkətin ABŞ sanksiyaları tətbiq edilmiş şirkətlər arasında olduğu haqda məlumata malik olub-olmadığı barədə suallar doğurub. Digər suallar isə Xəzinədarlıq Departamentinin bu məsələdə iştirakı və bu avadanlıqların istifadəyə yararlı olub-olmaması ilə əlaqədardır.

Çikaqoda yerləşən tibbi təchizat şirkəti - Vyaire Medical-ın sözçüsü AzadlıqRadiosuna bildirib ki, şirkətin istehsalı olan 150 havalandırma qurğusunun mayın 30-da Rusiyaya çatması planlaşdırılır. O, həmçinin əlavə edib ki, bu ayın əvvəlində də Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 50 ədəd cihaz göndərilib.

Şirkətin sözçüsü Patrick O’Connor ümumi xərcləri və digər logistika ilə əlaqədar sorğuya dərhal cavab verməyib.

Əvvəl göndərilmiş 50 havalandırma qurğusu mayın 21-də ABŞ-a məxsus hərbi yük təyyarəsi ilə ABŞ səfirliyinin "humanitar ianəsi" adı altında Moskvaya çatıb.

ABŞ rəsmiləri 200 ədəd cihazlarının ümumi dəyərinin təxminən $5.6 milyon dollar olduğunu və bütün xərclərin ABŞ tərəfindən ödənildiyi bildirir.

"ABŞ və Rusiya keçmişdəki böhranlar dövründə bir-birlərinə kömək ediblər və şübhəsiz ki, gələcəkdə də bunu edəcəklər," deyə ABŞ səfiri məsələ ilə bağlı fikir bildirib.

Bir qrup Demokrat konqresmen Trampın Rusiya ilə münasibətləri istiləşdirmək naminə bu addımı atdığını deyib, digərləri administrasiyanı amerikan vergi ödəyicilərin pullarını israf etməkdə günahlandırıb. Belə ki, Amerikanın özündə süni nəfəsalma cihazlarının çatışmazlığına dair məlumatlar dolaşır.

Rusiya hələ ki, yeni göndəriləcək avadanlıqlarla bağlı açıqlama verməyib.

Vyaire şirkəti öz vebsaytında aprel ayında ABŞ hökumətindən $407 milyon dollar həcmdə pul aldığını və bunun müqabilində 22,000 süni nəfəsalma cihazı istehsal edəcəyini bildirir.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Fransa Milli Assambleyasında martda ölən deputat may səsverməsində iştirak edib

SONRAKI XƏBƏR

Amerikalı senator Tvitterə cinayət işi açılması üçün hərəkətə keçdi