Erməni deputatın atası koronavirusdan ölüb

Erməni deputatın atası koronavirusdan ölüb

Ermənistanda “Mənim addımım” partiyasından olan deputat Ayka Koncoryanın atası koronavirusdan ölüb. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan "Facebook" hesabında yazıb. O bildirib ki, dəfn mərasimi qapalı keçirilib.
Qeyd edək ki, Ermənistanda virusa yoluxanların sayı 8927 nəfərə çatıb.
Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az