Merkel Trampın təklifini rədd etdi

Merkel Trampın təklifini rədd etdi

Almaniya kansleri Angela Merkel "Böyük yeddilik"sammitinin qiyabi formatda keciriləcək görüşdə iştirak etmək üçün ABŞ Prezidenti Donald Trampın dəvətini rədd edib.

Cebhe.info xəbər verir ki, Merkel Trampa dəvət üçün təşəkkür edib və pandemiya səbəbindən gələ bilməyəcəyini ona söyləyib.

"Politico" qəzetinin məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert danışıb.

Qeyd edək ki, nəşrin məlumatına görə, son vaxtlar Merkel Tpampla bəzi məsələlərdə fikir ayrılığı mövcuddur.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info