İranlı deputat: “İran Suriyada 30 milyard dollar xərcləyib”

İranlı deputat: “İran Suriyada 30 milyard dollar xərcləyib”

Pandemiya və sanksiyalardan əziyyət çəkən İranda, Tehran millət vəkili Hişmətullah Fəlahətpişe parlamentdə çıxışı zamanı hökumətin siyasətini tənqid edib.

Cebhe.info xəbər verir ki, millət vəkili Suriya rejiminin lideri Bəşər Əsəddən bu günə qədər İranın onun üçün sərf etdiyi müdafiə xərclərinin geri istəməsini tələb edib.

Falahatpişeh çıxışında “Xərclənən pulları Suriyadan geri almaq məcburiyyətindəyik. Bu ölkənin pulları oraya köçüb. Əsəd bizim kassamızdan öz kassasına gedən bu pulu İrana qaytarmalıdır”, - deyə bildirib.

İran hökumətinin digər ölkələrdəki əməliyyat və təşkilatlara ödədiyi pullar parlament üzvləri tərəfindən sərt tənqid olunub.

Falahatpişeh hökumətə yaxın olan “Etemad” qəzetinə verdiyi açıqlamada İranın Suriya siyasətini tənqid edib:

“İran Əsədin hakimiyyətdə qalması üçün Suriya kampaniyasına 20-30 milyard dollar xərcləyib. Həm də sanksiyalarla əhatə olunduğumuz bir dövrdə. Təkrar edirəm, Suriyaya təxminən 20 milyarddan 30 milyard dollaradək pul xərclənib”.

Falahatpişeh sözlərinə "Suriyada 9 ildir davam edən vətəndaş müharibəsi dövründə İran Əsəd rejimi üçün çox əhəmiyyətli bir müttəfiq olmuşdur. Şiə döyüşçülərinin, İran İnqilab Keşikçiləri Korpusu (IRGC) komandirlərinin, silah və avadanlıqların, Hizbullah kimi silahlı qruplarının maliyyələşdirilməsini İran şəxsən qarşılayıb. İndi Suriya bu qrantları qaytarmalıdır”- ifadələrini əlavə edib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info