Qırğızıstanda səfir Hidayət Orucovun 28 Mayla bağlı məqalələri dərc olunub

Qırğızıstanda səfir Hidayət Orucovun 28 Mayla bağlı məqalələri dərc olunub

Müsəlman Şərqində 102 il bundan əvvəl öz müstəqilliyini qazanan Azərbaycan Respublikası haqqında dost və qardaş ölkələrin Kütləvi İnformasiya Vasitələrində geniş yazılar dərc olunur.

Dost Qırğızıstan Respulikasının da rəsmi qəzetlərində bu bayram günlərində tariximizə dair geniş məqalələryer tapıb. Azərbaycanın Respublikasının Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucovun bir neçə dövlət nəşrində müsahibələri çap olunub. «Вечерняя Бишкек» qəzetinin redaktor müavini Nina Niçiporova “Müsəlman Şərqində ilk demokratiya” adlı yazısının belə başlayıb: “May ayı Azərbaycan üçün demək olar ki, tarixi aydır. Dünən isə ölkə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102 ilini qeyd etdi. 9 may Qələbə gününə də Azərbaycan xalqı çox böyük tövhələr verib. 10 mayda isə ölkədə ümummilli lider , görkəmli dövlət xadimi, təkcə Azərbaycan üçün deyil, bütün SSRİ məkanı üçün nüfuzlu şəxsiyyət olan Heydər Əliyevin doğum günüdür”.

Azərbaycan diplomatı ilə müsahibədə 28 may 1918-ci ilə qədər dahi Azərbaycan şəxsiyyətlərinin bu müstəqillik uğrunda çəkdikləri əziyyətdən və çatdıqları amaldan, İstiqlal Bəyənnaməsindən, 23 ay ömür sürən azadlığımızın aşiqlərinin acı taleyindən danışılır. Eyni zamanda 1941-45-ci ildə Azərbaycanlıların müharibə illərindəki göstərdikləri qəhrəmanlıq xatırlanır. Qələbənin məhz Bakı nefti sayəsində əldə edilməsi diqqətə çatdırılır. Azərbaycana böyük sevgisi olan jurnalist Nona Niçipirovanın “Nədən Heydər Əliyevi Azərbaycanın memarı adlandırırlar?- sualını cavablandıran səfir Hidayət Orucov ümummilli liderin ötən əsrin 70-80-ci illərində ölkədə sənaye istehaslını necə yüksəltməsindən , eyni zamanda yenidən Müstəqilliyini qazanan bu günkü Azərbaycan üçün qoyub getdiyi dəyərləri sadalayıb. Prezident İlham Əliyevin onun layiqli davamçısı olduğunu, üçrəngli bayrağımızın daim ucalalarda dalğalanması üçün mücadilələr apardığını deyib. Eyni zamanda “Кыргыз Туусу» və https://24.kg/ saytı da Azərbaycan Respublikasının Cümhuriyyət bayramına geniş yer verərərək, Azərbaycan səfirindən geniş müsahibə yayımlayıblar.

 

 

Mənbə: turkustan.info