WP: Ağ Ev etiraz aksiyalarına görə müvəqqəti bağlanıb

WP: Ağ Ev etiraz aksiyalarına görə müvəqqəti bağlanıb

"Washington Post" qəzetinin məlumatına görə, Lafayet Meydanında etiraz aksiyalarının keçirilməsi səbəbindən hüquq-mühafizə orqanları Ağ Evə girişi bağlayıb...

"Washington Post" qəzetinin məlumatına görə, Lafayet Meydanında etiraz aksiyalarının keçirilməsi səbəbindən hüquq-mühafizə orqanları Ağ Evə girişi bağlayıb.

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, mitinq afroamerikalı Corc Floydun polis tərəfindən saxlanması zamanı həlak olması ilə əlaqədar keçirilib.

Bildirilr ki, ABŞ prezidenti Donald Trampın iqamətgahı yaxınlığında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Ağ Evdəki jurnalistlərin binadan çıxmasına müvəqqəti qadağa qoyulub, eyni zamanda heç kimə binaya girməyə icazə verilməyib.

Hüquq-mühafizə orqanları əməkdaşları bir neçə etirazçını saxlayıb.

ABŞ prezidenti Donald Tramp Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsinin səbəblərini araşdırıb və məmurların hərəkətlərini insana hücum kimi xarakterizə edib.

Həbs zamanı məmurlardan biri ayağı ilə Floydun boğazını sıxıb, o nəfəs ala bilmədiyini desə də polis buna əhəmiyyət verməyib.

Mənbə: www.interaztv.com