Türkiyədə HDP sədri saxlanıldı - Terror təbliğatı...

Türkiyədə HDP sədri saxlanıldı - Terror təbliğatı...

Batman Prokurorluğunun apardığı istintaq çərçivəsində “Xalqların Demokratik Partiyası”nın (HDP) sədri Ömer Kulpu və şəxsiyyəti hələ açıqlanmayan daha bir nəfər həbs olunub.

Cebhe.info xəbər verir ki, onlar səhər saatlarında Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Batman mahalında yerləşən gərargahdan alınıblar.

Məlumata görə, Batman Terrorla Mübarizə Şöbəsinin əməkdaşları binanı nəzarət altına götürdükdən sonra orada yoxlama-axtarış işlərinə başlayıblar. Nəticəd həbs edilmiş PKK terrorçu silahlı qruplaşmasının lideri Abdullah Öcalanın və zərərsizləşdirilən terrorçuların fotoları tapılıb.

Şübhəlilərin sorğu-sualdan sonra prokurorluğa sövq ediləcəyi bildirilib.

Mənbə: cebhe.info