İraqda 2 PKK-çı öldürüldü

İraqda 2 PKK-çı öldürüldü

İraqın şimalındakı Avasin bölgəsində PKK terrorçularına qarşı hava əməliyyatı təşkil edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter”də məlumat yayıb.

Açıqlamada iki terrorçunun zərərsizləşdirildiyi vurğulanıb: “Təşkil olunan hava əməliyyatında 2 PKK terrorçusu məhv edildi. Son terrorçu zərərsizləşdirilənədək əməliyyatlarımız davam edəcək”.

Mənbə: yenisabah.az