ABŞ Çinə qarşı siyasəti sərtləşdi, Ümumdünya Səhiyyə Təşkilatından çıxdı

ABŞ Çinə qarşı siyasəti sərtləşdi, Ümumdünya Səhiyyə Təşkilatından çıxdı

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə Çinə qarşı siyasətləri kəskin şəkildə sərtləşdirdiyini və Pekinin Honk Konq muxtariyyətini qorumaq vədinə əməl etmədiyi bəhanəsi ilə ticarət, maliyyə və turizm sahələrində bir sıra məhdudiyyətlər tətbiq etdiyini söylədi.

Prezidentin sözlərinə əsasən, onun gördüyü tədbirlər "qətiyyətli və təsirli" olacaqdır. Tramp eyni nitqində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığın dayandırıldığını elan edib.

"ABŞ ÜST rəhbərliyinə ətraflı şəkildə müvafiq islahatlar aparılmasını izah edib, lakin ÜST rəsmiləri lazımi tədbirlər görmədilər və buna görə də Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırmaq və ona ayrılan vəsaitləri digər sağlamlıq proqramlarına yönəltmək qərarına gəldik", - deyə Tramp bildirib.

Xatırladaq ki, Tramp iddia edib ki, Çin ÜST-ə nəzarət edir və Çin hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi koronavirusun yayılması ilə əlaqədar lazımi tədbirlər görmür. Bundan əvvəl o, öz “Twitter” səhifəsində ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesusa göndərdiyi məktubda ABŞ-ın islahatların həyata keçirilməsinə zəmanət vermək üçün təşkilata 30 gün vaxt verməyə hazır olduğunu söyləyib.

Mənbə: eastnews.org