İtaliyada günəş panellərinin istifadəçilərinə dövlət pul verəcək

İtaliyada günəş panellərinin istifadəçilərinə dövlət pul verəcək

Yoluxucu xəstəliklər kimi problemlərin ətraf mühit amilləri nəticəsində yarandığını əsas gətirən Avropa ölkələri təbiətin mühafizəsinə yönəldilən layihələrə daha çox dəstək verir. Epidemiyanın ağır nəticələr verdiyi İtaliya bu sahədə ciddi təşəbbüslər göstərən ölkələrin sırasındadır.

Koronavirusa görə çətin günlər yaşayan İtaliyada elektrik enerjisi almaq üçün günəş panellərindən istifadə edənlərə dövlət dəstəyi veriləcək. Ölkədə hazırlanmış yeni siyasət bir sıra "yaşıl layihələr" üçün vergi güzəştlərini ehtiva edən "Eko-bonus layihəsi" adlanır.

İndiyədək günəş panelindən istifadə edənlərə 65 faiz vergi güzəşti nəzərdə tutulmuşdu. Yeni layihədə isə vergi güzəştinin 110 faizə çatdırılması nəzərdə tutulub. Bu o deməkdir ki, günəş enerjisi istifadəçilərinə ödənilməli olan verginin 10 faizi həcmində dövlət mükafat verəcək. Onu da deyək ki, bu təşviq layihəsi 2020-ci il iyunun 1-dən 2021-ci il dekabrın 31-dək – bir il yeddi ay qüvvədə olacaq.

Mənbə: vergiler.az