Kiyevin meşə parklarında 41 istirahət zonası hazırlandı – XƏRİTƏ

Kiyevin meşə parklarında 41 istirahət zonası hazırlandı – XƏRİTƏ

Hakimiyyət Kiyev əhalisini və paytaxt qonaqlarını koronavirus səbəbiylə karantin məhdudiyyətlərini pozmadan dincəlməyə çağırır.

KONKRET.az xəbər verir ki, Kiyevin meşə parklarında mebeli olan 41 istirahət zonası yaradılıb. Zonada ocaq qalamaq üçün yer və pis hava şəraitində daldalanmaq üçün örtüklər də (naves) hazırlanıb. Meşə yanğınının qarşısını almaq üçün yerlər minerallaşdırılmış zolaqlar ilə hasarlanıb.

Məlumatı Kiyev dövlət administrasiyasının mətbuat xidməti yayıb.

“Kiyevlilərə və şəhərin qonaqlarına xüsusi olaraq ayrılmış istirahət yerləri istisna olmaqla, meşələrdə və parklarda tonqal yandırmağın qadağan olduğunu xatırladırıq” deyilir.

Paytaxt meriyası xatırladıb ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması 1530 qrivendən 4590 qrivenədək cərimə ilə cəzalandırılır.

Kiyev sakinləri və paytaxtın qonaqları təhlükəsizlik qaydalarını pozmadan dincəlməyə dəvət olunur. Qrup on nəfərədək olmalıdır. Hər bir şəxs maska ​​taxmalı və antiseptiklərdən istifadə etməlidirlər.

Kiyevdəki istirahət bölgələri

Daha əvvəl paytaxtın su anbarlarında suyun temperaturunun ən azı 18 dərəcə olması şərtilə çimərliklərin işinə icazə veriləcəyi bildirilmişdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az