ABŞ Dövlət Departamenti: Rusiya Liviya üçün saxta pul kəsir

ABŞ Dövlət Departamenti: Rusiya Liviya üçün saxta pul kəsir

Rusiyanın "Qoznak" dövlət müəssisəsi 1,1 milyard dollar məbləğində saxta Liviya pulu çap edib.

Qaynarinfo xəbər verir ki, belə bir ittihamla ABŞ Dövlət Departamenti Rusiya Federasiyasına qarşı çıxış edib.

Dövlət Departamentinin rəsmi saytında yayımlanan açıqlamada saxta pul çap etmək əmrinin "qeyri-legitim bir insansiyadan" verildidiyi qeyd edilib. Məlumata görə, saxta Liviya pulu Malta təhlükəsizlik xidmətləri tərəfindən üzə çıxarılıb.

Dövlət Departamenti Tripolidəki Liviya Mərkəzi Bankının bu ölkədə yeganə qanuni bank olduğunu vurğulayıb. Açıqlamada deyilir: "Rusiya Federasiyasında çap edilmiş saxta Liviya valyutasının axını Liviyanın iqtisadi problemlərini daha da artırıb". Dövlət Departamenti "Rusiya Liviyadakı vəziyyəti desstabilləşdirməyə son qoymalıdır" deyərək, ABŞ-ın Liviya dövlətinin suverenliyinə və sabitliyinə xələl gətirən fəaliyyətlərə mane olmaq üçün BMT və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Xatırladaq ki, Liviyada Xəlifə Haftarın rəhbərlik etdiyi "milli ordu” (LNA) Tripolidə yerləşən Faiz Saracın rəhbərliyi altında beynəlxalq səviyyədə tanınan Milli Saziş Hökumətinə (PNS) qarşı mübarizə aparır. Rusiya Liviya ərazisinin əhəmiyyətli hissəsini idarə edən General Haftarı dəstəkləyir. Bu ərəfədə Moskva Liviyada yerləşən Rusiya muzdlularına dəstək olmaq üçün 14 müasir MiQ-29 və Su-24 qırıcılarını bu ölkəyə göndərməkdə ittiham olunub. Rusiya ittihamları rədd edib.

Mənbə: qaynarinfo.az