Pakistandan şok həmlə: İki hind dronunu vurdu – Savaş gərginliyi

Pakistandan şok həmlə: İki hind dronunu vurdu – Savaş gərginliyi

Pakistan Cammu və Kəşmirin öz nəzarətindəki ərazilərinə müdaxilə edən Hindistan Silahlı Qüvvələrinin Pilotsuz Uçan Aparatını (PUA) vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri açıqlama yayıb.

Məlumata görə, PUA Cammu və Kəşmirin Kanzalvan bölgəsi istiqamətində sərhəd rejimini pozub.

Pakistan mediasına görə, bu, son üç gündə Silahlı Qüvvələr tərəfindən vurulan ikinci hind PUA-sıdır.

Pakistan ötən ay da həmin bölgədə bir hind dronunu vurduğunu açıqlamışdı.

Mənbə: teleqraf.com