Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

İnterAz xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Dünyanın pandemiya ilə mübarizədə konsolidasiyaya ehtiyacı olduğu bir vaxtda, Vaşinqton səhiyyə sahəsində əməkdaşlığın beynəlxalq hüquqi bazasına zərbə vurur", Zaxarova deyib.

Onun sözlərinə görə, ABŞ-da pandemiya nəticəsində yaranmış açınacaqlı vəziyyət Vaşinqtonun səhiyyə sahəsində liderlikdən danışmasına imkan vermir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton, ABŞ rəhbərliyinin təkid etdiyi islahatları həyata keçirməkdən imtina etdiyi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri tamamilə dayandırmaq niyyətindədir.

Mənbə: www.interaztv.com