Barak Obama Floydun öldürülməsinə münasibət bildirib

Barak Obama Floydun öldürülməsinə münasibət bildirib

ABŞ-ın sabiq prezidenti Barak Obama, Corc Floydun Minnesota ştatında polis tərəfindən öldürülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Cebhe.info xəbər verir ki, Obama açıqlamasında pandemiyadan sonra ölkənin normala qayıtmaqda olduğuna işarə edərək “Normala qayıtmaq istəmək çox təbiidir, lakin milyonlarla amerikalının irqi səbəbiylə ağrılı bir şəkildə ayrı-seçkiliyə məruz qalması da normal qarşılanır”, - deyə bildirib.

Floydun ölümünü araşdırmaq Minnesota rəsmilərinin vəzifəsi olduğunu vurğulayan Obama, “Ancaq irqimizdən və mövqeyimizdən asılı olmayaraq xəyanətkarlıq və bərabərsizliyin artıq qurumlarımızı və qəlblərimizi zəhərləməyəcək “yeni bir norma” yaratmaq üçün birlikdə işləmək bizim üzərimizdədir", -deyə əlavə edib.

Obamanın, 46 yaşlı Floydun ölümündən 4 gün səssiz qaldıqdan sonra bu açıqlamanı verməsi “gec qalmış açıqlama” kimi dəyərləndirilib.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info