“Ordumuz bütün vəzifələri yerinə yetirmək iqtidarındadır"- Politoloq

“Ordumuz bütün vəzifələri yerinə yetirmək iqtidarındadır"- Politoloq

"Bu gün ordumuz üzərinə düşənbütün vəzifələri yerinə yetirmək iqtidarındadır".

Bunu Sfera.az-a açıqlamasında"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğludeyib.

O xatırladıb ki, Azərbaycanın müstəqilliyininilk illərində ordu hələ formalaşmamışdı və bu sahədə ciddi qüsurlar vardı: "Bu qüsurların nəticədir ki, 1990-cıillərin əvvəllərində uğurlu əməliyyatlar keçirsək də düşmənin əks-hücumlarınınqarşısını ala bilmədik və daha çox torpaq itirdik. Yalnız 1990-cı illərinortalarında nizami ordu qurulmağa başladı. Hazırda ordumuz xeyli inkişaf edib,bütün silah və texnikalarla təchiz edilib”.

Politoloq bildirib ki, ordu quruculuğuçətin və mürəkkəb prosesdir: "Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdansonra ölkəmizin müttəfiqi olan dövlətlər bizə dəstək verdilər: "Təsadüfi deyilki, Türkiyə Azərbaycan Ordusu ilə birgə il ərzində ən az 1-2 hərbi təlimkeçirir. Türkiyə NATO-nun üzvü olduğuna görə böyük təcrübəsi və güclü ordusuvar. Azərbaycan Ordusu da illərdir ki, bu təcrübədən istifadə edir. Bununlayanaşı Azərbaycan birbaşa NATO ilə əməkdaşlıq edir və bu da ordumuzuninkişafında böyük rol oynayır".

Qeyd edək ki, mayın 28-də BakınınQaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park-3” yaşayışkompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev orada məcburi köçkünlərlə görüşdə deyib: "Bu gün vəziyyəti düzəltmək,torpaqları işğaldan azad etmək üçün nə qədər böyük səylər göstərilir. AncaqAprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusuistənilən vəzifəni icra edə bilər”.

Mənbə: sfera.az