"ABŞ-ın ÜST-ün maliyyəsini kəsməsi quruma ciddi zərbədir"-RƏY

"ABŞ-ın ÜST-ün maliyyəsini kəsməsi quruma ciddi zərbədir"-RƏY

Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib. ABŞ lideri bu qərarı ÜST-ün Vaşinqtonun tələb etdiyi islahatları həyata keçirməkdən imtina etməsi ilə izah edib. ÜST-ə ayrılan 450 milyon dollar vəsait dünyada təcili tibbi yardıma ehtiyac duyulan istiqamətlərə yönəldiləcək.
3 il əvvəl ABŞ prezidenti oxşar ittihamla BMT-nin digər yan qurumu olan UNESCO-dan çıxıb.

Bu barədə politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Trampın ÜST ilə bağlı qərarı gözlənilən idi. Çünki bir neçə ay öncə qeyd etmişdi ki, ÜST-ə maliyə ayırmağı kəsəcək. Səbəb olaraq da koronavirusla bağlı vəziyyətə ÜST-ün səhlənkar yanaşdığını bildirmişdi. Əvvəlcə deyildi ki, bu ciddi bir məsələ deyil. Sanki ÜST Çin ilə sövdələşmişdi. Hətta təşkilatın rəhbəri haqqında da şüphələr hələ də qalmaqdadır. Ona görə də ABŞ maliyyəni kəsdi. Əlbəttə, bu ÜST üçün çox ciddi zərbə olacaq. Çünki əsas maliyəçisi məhz ABŞ idi. Çin ÜST-ə Amerikadan 10 dəfə az maliyə ayırırdı.
Bu da o deməkdir ki, ABŞ maliyəni kəsdikdən sonra başqa ölkələr maliyəni artırsınlar. Məsələ necə həll olunacaq, bu qeyri-müəyyəndir. Amma fakt ondan ibarətdir ki, koronavirusla bağlı məsələlər bir qədər arxa plana keçəndən sonra tək ABŞ deyil, digər böyük dövlətlər də ÜST ilə bağlı araşdırmalara başlayacaqlar. Hətta, ola bilsin bununla bağlı komissiya da yaradılsın".

Mənbə: sonxeber.az