Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

ABŞ hökuməti Minneapolis şəhərində baş verən hadisələrinin yenidən təkrarlanmaması üçün ölkədəki polislərin işinin keyfiyyətini artırmalıdır.

İnterAz xəbər verir ki, bunu Demokratlar partiyasından prezident postuna namizədliyinin irəli sürülməsinə çalışan ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden bəyan edib

Onun sözlərinə görə, ABŞ-da "asayiş keşikçilərinin işinin daha yüksək standartlara cavab verməsini təmin etmək üçün həqiqi polis islahatlarının aparılması lazımdır".

Keçmiş vitse-prezidentin qeyd etdiyi kimi, bu qanun pozan polis əməkdaşlarının “mühakimə olunmasına” kömək edəcək.

Qeyd edək ki, afroamerikalı Corc Floyd polis tərəfindən saxlanılarkən həyatını itirib. ABŞ prezidenti Donald Tramp Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsinin səbəblərini araşdırıb və məmurların hərəkətlərini insana hücum kimi xarakterizə edib.

Həbs zamanı məmurlardan biri ayağı ilə Floydun boğazını sıxıb, o nəfəs ala bilmədiyini desə də polis buna əhəmiyyət verməyib.

Mənbə: www.interaztv.com