Suriya vətəndaşları vətənlərinə döndü

Suriya vətəndaşları vətənlərinə döndü

Eastnews.org-un verdiyi xəbərə görə, son sutka ərzində Livan və İordaniya ərazisindən Suriyaya 70-dən artıq qaçqın geri dönüb.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.


"Son sutka ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlər ərazisindən 75 qaçqın geri dönüb. Qaçqınlar “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd-keçid məntəqəsini keçməklə Livandan və “Nəsib” sərhəd-keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb", - deyə məlumatda bildirilir.


Qaçqınların qəbulu mərkəzinin məlumatına əsasən, Suriya Silahlı Qüvvələrinin mühəndis istehkamçı birləşmələri 24 saat ərzində Dəməşq və Dərəa vilayətləri ərazisində 1, 8 hektar ərazini minalardan və partlayıcı qurğulardan təmizləyib. Həmçinin mütəxəssislər 37 ədəd partlayıcı qurğunu məhv edib.

Mənbə: RİA

Mənbə: eastnews.org