ABŞ Ər-Riyada yarım milyardlıq bomba satır

ABŞ Ər-Riyada yarım milyardlıq bomba satır

ABŞ administrasiyası Səudiyyə Ərəbistanına yüksək dəqiqliyə malik "Pavevay" (Paveway) bombasını satmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Məlumata görə, ABŞ Ər-Riyada bu bombadan 7500 ədəd verməyi planlaşdırır.

Razılaşmanın dəyərinin 500 milyon dollar olduğu vurğulanıb.

Mənbə: axar.az