Putindən MN-ə Suriya tapşırığı: Torpaq alın!

Putindən MN-ə Suriya tapşırığı: Torpaq alın!

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə Suriyadan yeni əlavə hərbi daşınmaz əmlak və akvatoriya almaq üçün danışıqlara başlanması barədə tapşırıq verib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiya hüquq informasiya portalında yer alıb.

Qeyd edək ki, Rusiyanın Suriyada hazırda Hmeymim aviabazası və Tartus dəniz bazası var. 2017-ci ildə tərəflər arasında imzalanmış razılaşmaya əsasən, Tartus limanı 49 il müddətinə Rusiyanın tabeliyinə verilib. Burada Rusiya 11 gəmi saxlaya bilər.

Mənbə: axar.az