Tiflis Rusiya ilə əlaqə qurmağa can atır - Açıqlama

Tiflis Rusiya ilə əlaqə qurmağa can atır - Açıqlama

Rusiya ilə aviaəlaqələrin bərpası məsələsinə pozitiv yanaşırıq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin bərpası üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

“Karasinlə görüşüm avqust-sentyabr aylarında baş tutacaq. Hər şey epidemioloji situasiyadan asılıdır. Prinsipcə, aviaəlaqələrin bərpasına münasibətimiz müsbətdir. Aviaəlaqələrin bərpası isə Rusiyanın mövqeyindən asılıdır”, – deyə o bildirib.

Mənbə: axar.az