Paşinyandan Gürcüstana müharibə elanı

Paşinyandan Gürcüstana müharibə elanı

Ermənistan baş naziri qeyri-rəsmi şəkildə pul toplamağa başlayıb

Ermənistan baş naziri Nikol Paşiyanın Gürcüstanın başı üzərindən Abxaziyaya qaçaqmal yolu ilə siqaret ixracı diplomatik müharibəyə səbəb olub.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz videomüraciətində bildirib.

Ermənistanda nəşr olunan “Aysor.am” portalının yazdığına görə, Paşinyan və ona yaxın olan cib oliqarxları Abxaziya qərarını Krasnodar və Voronej cəhdlərindən sonra veriblər.

“Ailə şurasında onlar bu qərarı verdilər. Amma anlamadılar ki, hansısa bir ölkəyə siqaret ixrac etmək üçün həmin ölkə mövcud olmalıdır. Beləliklə, Ermənistandan yeni siqaretlə dolu reys Soçiyə yola salındı. Sənədlərdə qeyd olundu ki, 14,8 ton siqaret ixrac edilir, amma bir nüansı unutdular - Ermənistan Abxaziyanı dövlət kimi tanımır. Onda Abxaziya sözünün arxasına vergil qoyub Gürcüstan sözünü də əlavə etdilər. Beləliklə, böyük diplomatik problem başladı”,- deyə Mikael Minasyan öz videomüraciətnidə bildirir.

Yəni bunu Ermənistana aid hansısa bir şirkət etsəydi, Gürcüstan üçün ciddi problem sayılmazdı, amma baş nazirin ailəsinin bu addımı atması Tiflisi qəti addımlar atmağa məcbur edəcək. Çünki Paşinyana yaxın adamlar bu ölkənin ərazi bütövlüyünü qulaq ardına vurub və demək olar ki, Abxaziyanı müstəqil dövlət sayıblar.

Ola bilər ki, artıq Tiflis Paşinyandan bununla bağıl izah tələb edir və Paşiyanın nə deməsindən asılı olmayaraq, Gürcüstanın dərin dövlət dairələri bu nüansı nəzərə alacaqlar.

Erməni mətbuatının yazdığına görə, Paşinyan ailəsi ciddi şəkildə siqaret alverinə girişib və bu məsələdə qaçaqmal variantlarına üstünlük verir. Yəni ailə qeyri-rəsmi şəkildə vəsait toplamaqda davam edir. Belə görünür ki, Nikol Paşinyan və ailəsi gec-tez Ermənistanı tərk edəcəyini düşünür və Qərb limanlarına pulsuz-parasız sığınmaq istəmir. Vəssalam.

Mənbə: istipress.com