"ABŞ hər sahədə Çinə təzyiq göstərməyə çalışır” Sergey Ryabkov

"ABŞ hər sahədə Çinə təzyiq göstərməyə çalışır” Sergey Ryabkov

Moskva ümid edir ki, ABŞ Çinlə dialoqda üstünlük qazanacaq. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Honkonqla münasibətlərinə, o cümlədən muxtariyyətin verdiyi üstünlüklərə yenidən baxmaq niyyətində olduğunu bildirmişdi.
"ABŞ indi mümkün olduğu hər sahədə Çinə təzyiq göstərməyə çalışır. Bu, mənim fikrimcə, beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin daha da artmasına səbəb olur. Bununla belə, yenə də ümid edirəm ki, danışmağı və razılaşmağı, sazişlər bağlamağı və başqalarından nəyisə sıxışdırmağa çalışmamağı üstün tutacaq andır", deyə Ryabkov nəşrə müsahibəsində bildirib.

Mənbə: sia.az