“Yaşıl bulleten”lə axtarılan 2 terrorçu öldürüldü

“Yaşıl bulleten”lə axtarılan 2 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı keçirdiyi əməliyyat nəticəsində 2 PKK-lı zərərsizləşdirilib.

Cebhe.info xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərərsizləşdirilən hər iki terrorçu “yaşıl bulleten”lə axtarışda olub. Belə ki, zərərsizləşdirilən terrorçular Nahide Timur və Dilan İlhan “yaşıl bulleten”lə axtarışda olan terrorçuların sırasında yer alır.

Cebhe.info

Mənbə: cebhe.info