Bakı sakinindən dövlət başçısına: "Mən və ailə üzvlərim hər an dövlətin keşiyində durmağa hazırıq"

Bakı sakinindən dövlət başçısına: "Mən və ailə üzvlərim hər an dövlətin keşiyində durmağa hazırıq"

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır.

Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Sherg.az Prezidentin saytına istinadla Bakı şəhərindən Asim Abasovun mətubunu təqdim edir:

"Hörmətli cənab Prezident.

Mən Sizin fəaliyyətinizi izlədikcə qürur hissi ilə ümummilli lider Heydər Əliyevin kəlamını təkrarlayıram: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”.

Bu qürur hissini bizə yaşatdığınıza görə çox sağ olun. Bu torpaqda, Azərbaycanda dünyaya gəldiyimə, Sizin kimi rəhbərim olduğuna görə şanslı insanam.

Yürütdüyünüz siyasətə, Azərbaycanımızın inkişafı, insanlarımızın sağlamlığının qorunması naminə atdığınız addımlara görə Sizə təşəkkür edirəm.

Mənim 2 övladım var. Mən və ailə üzvlərim hər an dövlətin keşiyində durmağa hazırıq. Sizin uzaqgörən siyasətiniz sayəsində ölkəmiz əmin-amanlıq şəraitində yaşayır.

Sizi çox sevir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycanımız daha da inkişaf edəcək. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Biz Sizinlə fəxr edirik!".

Mənbə: sherg.az