Peskov saqqalını nə vaxt qırxacağını dedi

Peskov saqqalını nə vaxt qırxacağını dedi

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirus üzərində qələbəni qeyd etmək üçün uzatdığı saqqalını qırxacağına söz verdi.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Moskva. Kreml. Putin” proqramının efirində deyib.

Onun İnstagramdakı çıxışını proqram müəllifi Pavel Zarubin yayımlayıb.

Peskov müalicə əsnasında arıqladığını, ancaq saqqalın “bunu kompensasiya etdiyini” söylədi.

“Xəstələnəndə yalnız koronavirus üzərində qələbəni xatırlamaq üçün saqqal yetişdirmək qərarına gəldim “dedi.

Söz verib ki, ofisə işə gedəndə saqqal dərhal yox olacaq. İnterfaks xəbər verir ki, kiçik qızı da ondan təraş etməyi tələb edib.

Bundan əvvəl news.ru yazmışdı ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun saqqallı videosu həyat yoldaşı Tatyana Navkanın İnstagramında görünüb.

Mənbə: konkret.az