"Gördüyünüz işlər dünya ölkələrinə nümunə oldu" - Vüqar Bayramov Prezidentə yazdı

"Gördüyünüz işlər dünya ölkələrinə nümunə oldu" - Vüqar Bayramov Prezidentə yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sherg.az Prezidentin saytına istinadla Bakıdan Vüqar Bayramovun məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident.

Sizin bütün addımlarınız, qərarlarınız bir daha göstərdi ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz dövrdə belə xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər dünya ölkələrinə nümunə oldu. Xalqımızın sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir. Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə məni tələbə olaraq dövlət təqaüdü, bacımı isə müəllim olaraq əməkhaqqı ilə təmin etdiniz. Bu, Sizin bir daha tələbələrə, gənclərə həm maddi, həm də mənəvi cəhətdən göstərdiyiniz qayğının bariz nümunəsidir.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı və ölkəmizin daha da inkişafı naminə güc-qüvvət arzulayıram".

Mənbə: sherg.az