“Ordumuz nə qədər güclü olarsa, diplomatik savaşda da mövqelərimiz bir o qədər üstün olar”

“Ordumuz nə qədər güclü olarsa, diplomatik savaşda da mövqelərimiz bir o qədər üstün olar”

Eldəniz Səlimov: “Düşmən müdafiə nazirimizin mesajından ciddi nəticələr çıxarmalıdır, yoxsa…”

Müdafiə naziri Zakir Həsənovbu gün ordu rəhbərləri ilə görüşündə Silahlı Qüvvələrimizin mövcud durumu iləbağlı yüksək fikirlər səsləndirib, habelə düşmənə xəbərdarlıq edib. Müdafiə naziribildirib ki, bu kəs işğalkı ilə hərbi müstəvidə toqquşma olarsa, o zaman düşmənə 2016-cı ilinaprel döyüşlərindən qat-qat ağır zərbə endiriləcək.

Maraqlıdır, hərbi müstəvidədüşmənə vurulacaq ciddi bir zərbə onu sülh danışıqlarına vadar edə bilərmi? Azərbaycan ordusunun bu məsələdə ölkə diplomatiyasınaköməyi nə dərəcədə həlledici ola bilər?

Moderator.az-a açıqlama verənmillət vəkili Eldəniz Səlimov güc və diplomatiyanın bir-birini tamamlayanfaktorlar olduğunu vurğuladı:

“Bilirsiniz, gücün arxasındadiplomatiya, diplomatiyanın arxasında güc dayanmalıdır, bunlar paralel şəkildəolmalıdır. Biri olub, bir olmayanda istənilən nəticəni əldə etmək mümkün deyil.Azərbaycan da Qarabağ münaqişəsinin həllində həm diplomatiyaya, həm də gücə-orduquruculuğuna, ölkənin hərbi qüdrətinin artırılmasına ciddi şəkildə önəm verir.Həm diplomatik cəbhədə, həm də hərb meydanında savaşır və sözünü deyir. Son illərdəyaşananları, istər diplomatiya cəbhəsində, istərsə də hərb meydanında baş verənləri-Aprelhadisələrini, Cünnüt, Qazax əməliyyatlarını, Valday, Aşqabad, Qoşulmama Hərəkatının,Türk Şurasının Bakı sammitlərini, Münxen Təhlükəsizlik Konfransını və sairənigöz önünə götürsək, mənzərə tam aydınlaşmış olar. Yəni, Qarabağ məsələsinin ədalətlivə müsbət, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlliistiqamətində Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycan diplomatiyasıöz üzərinə düşən və gərəkən addımları atır və bundan sonra da atacaq.

 

Ölkə Prezidenti cənab İlhamƏliyev də bütün çıxışlarında Azərbaycanın münaqişənin həllində sülhdanışıqlarına üstünlük verdiyini, eyni zamanda, işğal faktının aradanqaldırılması üçün hərb variantının da gündəmdə olduğunu dilə gətirib. Ali BaşKomandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasıüçün hər bir addım atılır. Heç təsadüfi deyil ki, ölkəmiz dünyanın 50 güclüorduya malik ölkələri sırasındadır. Bu, sıradan məsələ deyil. Yəni, AzərbaycanOrdusunun gücü-qüdrəti, hazırlığı, döyüş qabiliyyəti gündən-günə artır. Bubaxımdan da, Müdafiə nazirimiz cənab Zakir Həsənov son çıxışında bir daha AzərbaycanOrdusunun, Azərbaycan dövlətinin gücünə, qüdrətinə arxalanaraq, bu fikirləri qətiyyətlivə birmənalı şəkildə bəyan edib.

Elə bilirəm ki, düşmən tərəfbundan lazımı nəticələr çıxarmalıdır. Çıxarmasalar, bunun çox ağır nəticələri,fəsadları ilə üzləşəcəklər, məğlubiyyətləri qaçılmaz olacaq. Bəli, biz bir dahamünaqişənin qan tökülmədən, silahlar işə düşmədən həll olunmasında maraqlıyıq vəbunu da öz əməli addımlarımızla hər kəsə göstəririk. İstəyirik ki, 32 ildənartıq davam edən münaqişə artıq həllini tapsın, Qarabağın işğalı faktına sonqoyulsun. Məkrli qonşularımız, işğalçı dövlət də bunu nə qədər tez anlasa və dərketsə, daha yaxşı olar. Yoxsa, dediyim kimi, əks təqdirdə, bunun altını çəkməliolacaqlar. Bir sözlə, ordumuz nə qədər güclü olarsa, diplomatik cəbhədə,diplomatik savaşda da mövqelərimiz daha üstün, daha möhkəm və daha həllediciolar. Bütün işlər, addımlar da məhz bu istiqamətdədir. Bunların müsbət nəticələrinimütləq şəkildə görəcəyik”.

Mənbə: moderator.az