Ağ Evdəki etirazlar zamanı məxfi xidmətin işçiləri yaralandı

Ağ Evdəki etirazlar zamanı məxfi xidmətin işçiləri yaralandı

ABŞ məxfi xidmətinin əməkdaşları afroamerikalı Corc Floydun qətli ilə əlaqədar Vaşinqtonda keçirilən etiraz aksiyası zamanı yaralanıblar.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti xidmətin press-relizinə istinadən məlumat yayıb.

Belə ki, açıqlamada bir sıra nümayişçilərin kərpic, daş və digər əşyalar ataraq xüsusi agentlərə qarşı güc nümayiş etdirdikləri bildirilib.

Məxfi Xidmət əlavə edib ki, etiraz mitinqində iştirak edənlərin heç biri Ağ Evin hasarından keçə bilməyib. Mitinq zamanı 6 nəfər saxlanılıb.

Xidmət, eyni zamanda, amerikalıları ictimai təhlükəsizliyi təmin etmək üçün dinc görüşlər keçirməyə çağırıb.

Daha əvvəl ABŞ-da iğtişaşların Minneapolisdə Corc Floyd adlı qaradərilinin polis tərəfindən öldürülməsi səbəbindən başladığı bildirilib.

Mənbə: konkret.az