Mərhələli həll yeganə variantdır

Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulacaq. Dövlət başçısının “Qobu Park-3” yaşayış kompleksinin açılışında bildirdiyi kimi, Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Münaqişənin həlli ilə bağlı danışıqlar prosessində isə Ermənistan yenə də riyakarlıq göstərir. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həll variantıdır”. Dövlət başçısı son çıxışında Qarabağ danışıqları ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə etdi. Bu məqamla bağlı fikirlərini bölüşən Rusiya Siyasi araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirir ki, Ermənistan rəhbərliyinin bu məsələdə göstərdiyi qeyri-konstruktivlik elə Ermənistanın özünə zərər vurur.

Sergey Markov – politoloq

Mərhələli həll tək Azərbaycan üçün deyil, Ermənistanın özü üçün də əıverişlidir. Bu zaman Ermənistan blokadan çıxır, iqtisadi vəziyyətində köklü dəyişiklik etmək imkanı qazanır. Ermənistanın mərhələli həll variantından yayınmasında mən bir məqam da görürəm. Azərbaycan liderinin həm ölkə xaricində həm də daxilində nüfuzu, xalqın ona olan rəğbəti böyükdür, ölkədə vəziyyət sabitdir. Lakin Ermənistan rəhbərliyi özündən əmin deyil. O bilir ki, bu mərhələli həll zamanı ortaya çıxan və insanlar arasında qarışıqlıq yarada biləcək durumları həll edəcək qədər nüfuza malik deyil.

Politoloq Əhməd Əlili deyir ki, əgər Ermənistan sülh istəyirsə, sülh danışıqlarına maneə törətməməlidir.

Əhməd Əlili - politoloq

Cenab prezident cixisinda ozunun ve aze dovlet movqeyini bir daha ortaya qoudu prosessin bu merhelesinde aze limitleri bir daha beyan edilir bildirilir ki uzun suren dansiqilarin yekunu kimi raziliqlarin icrasina baslamazsa bu regionda daha bir muharibenin ortaya cixmasina sebeb ola biler ona gore erm terefi sulh isteyirse elde olunan razilqilarin ve sulh danisiqlarina raziliq vermelidir

Politoloq əlavə edir ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir və müharibə Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaq.

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Sosial şəbəkələrlə bağlı mühüm qərar - “Donald Trampın atdığı addım çox önəmlidir”

SONRAKI XƏBƏR

Dezinfeksiya işləri davam etdirilir - Lökbətan və sahil qəsəbələrində küçələr dezinfeksiya olunub