Sosial şəbəkələrlə bağlı mühüm qərar - “Donald Trampın atdığı addım çox önəmlidir”

Sosial şəbəkələrlə bağlı mühüm qərar - “Donald Trampın atdığı addım çox önəmlidir”

ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib. Bu qərarla dünyaca tanınmış sosial şəbəkə olan “Tvitter”-in bağlanması da istisna edilmir. Bu qərar həm də 1996-cı ildə ABŞ-da qəbul edilən “Komnukasiya müdafiəsi aktı”-nın 230 bəndinin ləğv edilməsi deməkdir. Belə ki, bundan sonra təhqir,yalan,həqiqəti əks etdirməyən fikirlərə görə sosial şəbəkələr məsuliyyət daşıyacaq.

“ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr barədə qəbul etdiyi qərar kifayət qədər önəmli və vacibdir”. Millət vəkili Elman Nəsirov deyir ki, hazırda sosial şəbəkələrdə anarxiya hökm sürür. Onun sözlərinə görə Trampın bu mövqeyi tam haqlıdır və sosial şəbəkələrin tənzimlənməsinin vacibliyi artıq ABŞ-da dərk edilir.

Elman Nəsirov - millət vəkili

Sosial şəbəkələrə daxil olduqda ora sanki başqa planetdir. Orada heç bir qanun qaydalar işləmir. Hətta ABŞ 1996-cı ildə Kamnukasiya aktının özündə belə sosial şəbəkələrin özü çap deyil,nəşr yeri deyil məhz meydan kimi təqdim edilib. 03.02 sosial şəbəkələrdə ayrı-ayrı insanların şərəf və ləyaqətinin alçaldan bundan savayı, ölkə daxilində xaosa və anarxiyaya sürükləməklə bağlı çağırışlar geniş yer alıb. Bu bütün dünya ölkələrində hiss olunmaqdadır. ABŞ-ın özündə də bunla bağlı problemlər var. ABŞ-da 230-cu paraqrafın fəaliyyətini dayandırması bu istiqamətdə hüquqi məsuliyyət yaradır.

Elman Nəsirov deyir ki, bu gün sosial şəbəkələr vətəndaş müharibəsinə, terrora çağırış, konstitsion quruluşların qanunsuz yolla zəbt edilməsi, təhqir məkanına çevrilib və buna görə də hər hansı məsuliyyət nəzərdə tutulmayıb. O, deyir ki, biz bunun dəfələrlə Azərbaycana münasibətdə də şahidi olmuşuq.

Elman Nəsirov - millət vəkili

Azərbaycanda da sosial şəbəkə çox geniş inkişaf edib. Təsüfki bu kimi neqativ hallar hardakı sosial şəbəkə var o cümlədən də Azərbaycanda da var və bu sahədə bizdə də ciddi problemlər var. Sosial şəbəkə istifadəçiləri heç bir məsuliyyət daşımadan istədikləri dexzinformasiyanı yayırlar,bu da bir çox hallarda dövlət və dövlətçilik əlehinə olur. Ölkədə gərginlik yaratmaq,səfərbər olmuş cəmiyyəti dağıtmaq mahiyyəti kəsb edir.

Elman Nəsirov qeyd edir ki, demokratiyanın beşiyi sayılan ABŞ-da qəbul edilən qərar söz azadlığı, demokratiya üçün yaranmış təhlükəni, təhdidi aradan qaldırmaq üçün qəbul edilib. Onun fikrincə bu addım sosial şəbəkələrlə bağlı mövcud informasiya xaosuna da nizam gətirə bilər.

Mənbə: www.atv.az