ABŞ-ın Atlanta şəhərinə milli qvardiya qüvvələri yeridilib

ABŞ-ın Atlanta şəhərinə milli qvardiya qüvvələri yeridilib

ABŞ-ın Corciya ştatının qubernatoru Brayan Kemp Minneapolisdə afroamerikalının polis tərəfindən öldürülməsindən sonra şəhərdə baş qaldırmış etirazlarla əlaqədar Atlantada ictimai asayişin qorunması üçün şəhərə Milli Qvardiyanın 1,5 min silahlısının göndərilməsi haqqında fərmanı imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Kemp özünün "Twitter"dəki səhifəsində bildirib.

"Ştatın və yerli hakimiyyət orqanlarının rəhbərləri birlikdə Atlantada ictimai təhlükəsizliyin təminatı və asayişin saxlanılması üzərində işləyirlər, - deyə o "Twitter"dəki səhifəsində yazıb.

"Mən şəhərdə asayişin qorunub saxlanılması və qanunsuz fəaliyyət mərkəzlərinin aradan qaldırması üçün Milli Qvardiyanın 1,5 min silahlısının səfərbərliyi haqqında fərman imzaladım", - o bildirib.

Daha əvvəl Corciyanın qubernatoru Atlantanın inzibati mərkəzi Fulton dairəsində fövqəladə vəziyyət rejiminin tətbiqini elan edib. Bu qərara əsasən, ABŞ-ın Milli Qvardiyasının 500-ə qədər üzvü sakinləri və onların mülkiyyətini müdafiə etmək üçün dərhal şəhərə yola düşməli idi.

Mənbə: report.az