Suriyanın Cerablus şəhərində avtomobilə yerləşdirilən bomba partladılıb.
Axar.az xəbər veri ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.
Bundan başqa, ətrafa maddi zərərin dəydiyi bildirilir.
Təhlükəsizlik gücləri terror aktının PKK/YPG tərəfindən törədildiyini ehtimal edir.
Qeyd edək ki, Cerablus Türkiyə ordusunun apardığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənib.
Mənbə: axar.az