“Rusiyanın Azərbaycandakı səfiri qiyamdan öncə Pənah Hüseyni açıq formada təhdid etmişdi”

“Rusiyanın Azərbaycandakı səfiri qiyamdan öncə Pənah Hüseyni açıq formada təhdid etmişdi”

“Qoy, heç olmasa, o özü bunu anlamasa da, yanındakı anlaqlı adamlar onu başa salsın ki, sus, danışma”

Bir neçəgün sonra 1993-cü il 4 iyun hadisələrinin 27-ci ildönümü tamam olur. Son dövrlərdəhəmin hadisələrin “əsas oyunçusu” olan Surət Hüseynov Youtub-da biri-birininardınca geniş müsahibələr verir və həmin dövrün proseslərinə öz prizmasındamövqe bildirir.

Odövrdə Azərbaycanda Milli Təhülkəsizlik Nazirinin müavini və hadisələrin bilavasitə iştirakçı olan Sülhəddin Əkbər bu mövzuda Moderator.az-ın bəzisuallarını cavablandırıb.

-Sülhəddinbəy, 4 iyun hadisələrinin mahiyyəti barədə qısaca olaraq nə deyə bilərsiz?

-Buhadisə barədə gənc nəsil həqiqətləri bilməlidi. Ona görə də birinci onuvurğulamaq lazımdır ki, bu çevrilişin arxasında hansı xarici güclər dayanmışdı?Nəzərəalmaq lazımdır ki, bu hadisə xarici dəstəkli hərbi qiyam idi və dövlətçevrilişi ilə başa çatdı. Yəni, Azərbaycanda ilk dəfə demokratik yollaseçilmiş prezident hakimiyyətdən uzaqlaşdırıldı.

Bəs xaricidəstək verən qüvvələr hansılar idi?

Başda təbiiki, Rusiya idi, bu, açıq şəkildə baş verirdi. Həmin dövrdə Rusiyanın Azərbaycandakısəfiri Valter Şoniya qiyamdan öncə gəlib dövrün Baş naziri Pənah Hüseynləgörüşmüş və açıq formada təhdid etmişdi. Digər tərəfdənİran və “Dəmirəl Türkiyəsi” dəstək verirdi. Türkiyə dövlət olaraq deyil, məhz “DəmirəlTürkiyəsi”

Buradabir neçə transmilli şirkəti də unutmaq olmaz, BP və Lukoil başda olmaqla.Onların da marağı o idi ki, Azərbaycanda sabitlik pozulsun, hakimiyyət dəyişsinvə yeni hakimiyətdən geopolitik risklərin artdığını bəhanə gətirərək neft müqavilələrindədaha böyük güzəştlər tələb etsinlər. Mənbu barədə onların haqqında gələn kəşfiyyat məlumatlarından ibarət arayışlara əsasəndeyirəm.

Bunlarxarici faktorlar idi.

Daxildəisə bir sıra müxalifət partiyaları və ayrı-ayrı nüfuzlu şəxslər dəstək verirdi.Bu adları çəkmək üçün isə gərək obyektiv istintaq getsin və biz də o istintaqdakonkret deyək ki, hansı partiya, hansı şəxs qiyama dəstək verirdi və sair. Anca çoxtəəssüf ki, bu gün bununla bağlı istintaqın olmasında heç kim maraqlı deyil vəüstündən 27 il keçib, təbii ki, mövcud hakimiyyət də bu hadisənin açılmasındamaraqlı deyil.

Üçüncü,burada günahkar tərəf hakimiyyətin özü idi və hakimiyyət daxilində də Rusiyayaişləyənlər də olubdu, Heydər Əliyevlə əlaqədə olanlar da olubdu, SurətHüseynovla əlaqədə olanlar da olubdu.

Qiyamınanatomiyasını başa düşmək üçün o dövrdə Rusiyanın silahları kimlərə verməsinədiqqət yetirmək lazımdır. Bu silahlar Bakıda Rəhim Qazıyevə, Gəncədə SurətHüseynova, Lənkəranda Əlikram Hümbətova verilirdi.Baş verən hadisədə də həmin şəxslərin və silahların roluna baxmaq lazımdır.

-Bu gün qiyamadəstək verənlərin adlarını çəkə bilərsiniz?

-Bu birtərəfdən artıq tarixi məsələdi, onu xalq qiymətləndirməlidi. Digər tərəfdən, bayaq dediyim kimi, bununüçün obyektiv istintaq getməlidi. Mən öz hakimiyyətimizi təmizə çıxarmaq üçünbirtərəfli fikir söyləmək istəmirəm. Cinayət fərdidi və məhkəmə qərarı daolmadan heç kimi cinayətkar adlandırmaq olmaz.

-Bu gündənbaxanda 4 iyun hadisələrinin nəticələrini necə qiymətləndirirsiniz?

-Birincisi,Azərbaycanda respublika quruculuğu dayandırıldı, milli dövlət quruculuğudayandırıldı, Azərbaycanın demokratik inkişafı dayandırıldı. Hakimiyyət xalqın əlindənalındı, işğaldakı torpaqların qaytarılmasının qarşısı alındı. Ən ağır nəticələribunlar oldu.

İkincisi,beş rayonumuz daha düşmən tərəfindən işğal olundu.

Üçüncü əsasnəticə isə bugünkü Azərbaycanda yaranan durum, işğal altındakı ərazilərlə bağlıhazırkı vəziyyətdir.

-SurətHüseynovun son müsahibələrində səsləndirdiyi fikirlərlə bağlı nə deyə bilərsiz?

-Buqiyamda əsas aktyor Rusiya və onun əks kəşfiyyat idarəsi idi. Surət Hüseynovorada sadəcə bir oyunçu olub və qiyamda o, önə sürülmüş fiqurdu. Burada da onunxarakterindən istifadə olundu. İndi onun danışıqlarında da görürsünüz. Bu adam hələbu gün də anlamır ki, hansı prosesdə iştirak edibdir və bu proses Azərbaycana nəyəbaşa gəlibdir. Onlarla günahsız Azərbaycan oğlunun orada qanıtökülüb, onlar avtobusda güllələniblər, hər şeyi bir qırağa qoyaq, heç olmasa, bunu belə anlamır. Ona görə də anlaqsız adama nəsə deməyin bir mənasınınolduğunu düşünmürəm. Yəni, o, hələ də anlamır ki, nə baş verib və nədə iştirakedib.

Bu tipadamları, yəni özü haqqında həddindən artıq yüksək fikirdə olan ambisiyalıadamları qızışdırmaq çox asandı. “Sən aslansan”, “sən qaplansan”, “səndən böyükyoxdu” deməklə, "onlar kimdilər, hər şeyi sən edirsən və orada da sənoturmalısan" deyərək qızışdırırdılar. Digər tərəfdən də onu qorxudurdular ki,onlar səni həbs etmək istəyirlər, əzmək istəyirlər, ya sən bunu əvvəlcə etməlisən,ya da onlar səni məhv edəcəklər. Beləliklə də onu bu işə razı salıb, yönləndirəbildilər.

O, özü bunu anlamasa da, qoy yanındakı anlaqlı adamlar onu başa salsın ki,heç olmasa sus, danışma.

Taleh

Mənbə: moderator.az