Amerikada daxil savaş təhlükəsi! – Tramp ordunu hazır vəziyətə gətirdi

Amerikada daxil savaş təhlükəsi! – Tramp ordunu hazır vəziyətə gətirdi

ABŞprezidenti Donald Tramp Corc Floydun polis tərəfindən öldürülməsindən sonraartan etiraz dalğasına sərt reaksiya verib və ordunun hazır vəziyyətə gətirildiyinisöyləyib.

Moderator.azxarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində46 yaşlı qaradərili C. Floydun saxlanılarkən polis məmuru Derek Çauvin tərəfindənöldürülməsinin ardından vətəndaşlar olaya etiraz edərək küçələrə çıxmış,cinayətə etiraz edən nümayişlər təşkil edilmişdir.

Qısa müddətdəetiraz dalğası demək olar ki, bütün ölkəyə yayılıb. Prezident Donald Tramp isə genişlənənetirazlara sərt reaksiya sərgiləyib.

ABŞprezidenti nümayişlərin federal bir cinayətə döndüyünü vurğulayaraq, federalhökumətin işə qarışacağına dair xəbərdarlıq edib. Bu zaman o, ordunun bütüngücündən istifadə ediləcəyini və bir çox həbslərin olacağına işarə edib. Trampordunun öz vəzifəsinə hazır olduğunu açıqlayıb. Tramp etirazçılar haqqında belədeyib:

“Bunlar təşkilatlanmışradikal sol qruplardır. Floydun xatirəsini ləkələyirlər. Onun xatirəsi üçünşiddət sona çatmalıdır. Bu adamlar radikal sol pis adamlardır, bu şəkildə hərəkətedəbilməyəcəklərini onlara öyrətmək lazımdır”.

Bundanbaşqa, Donald Tramp öz tərəfdarlarına çağırış edərək onları Ağ Evin qarşısındatoplaşmağa dəvət edib.

Digər tərəfdənPentaqonun Şimali Karolina, Nyu York və Virciniya ştatlarında olan hərbibirliklərə küçəyə çıxmaq üçün hazır olmaları barədə əmr verildiyi iddia edilir.

Taleh

Mənbə: moderator.az