Litvada NATO hərbçiləri üçün dəmir yolu xətti istifadəyə verilib

Litvada NATO hərbçiləri üçün dəmir yolu xətti istifadəyə verilib

Vilnüs, 31 may, AZƏRTAC

Litvada NATO hərbi qüvvələrinin ölkədə istifadəsi üçün nəzərdə tutulan kiçik dəmir yolu məntəqəsi açılıb.

AZƏRTAC xəbər verir ki, uzunluğu 1 kilometr olan dəmir yolu məntəqəsi Litvanın şərqindəki Pabrade şəhərindəki təlim bölgəsini ölkənin yeganə dəniz limanı Klaypeda ilə birləşdirəcək. Yeni açılan dəmir yolu xətti ilə Klaypeda limanına ilk olaraq Amerika ordusunun texnikası gətiriləcək.

“Yeni açılan dəmir yolu xətti nəinki ABŞ hərbi qulluqçularının yerini dəyişdirməsini və evə qayıtmalarını asanlaşdırır, həm də onların respublikaya gəlişini də asanlaşdırır. Mən əminəm ki, Amerika qoşunları Litvaya olduqca fəal şəkildə dönəcək”, – deyə ABŞ-ın Litvadakı səfiri Robert Qilkrist söyləyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Mənbə: azertag.az