Tramp hesab edir ki, Milli Qvardiya Minneapolisə çox gec cəlb olunub

Tramp hesab edir ki, Milli Qvardiya Minneapolisə çox gec cəlb olunub

Donald Tramp

ABŞ prezidenti Donald Tramp hesab edir ki, əgər Milli Qvardiya bölmələri Minneapolisə iki gün əvvəl cəlb edilsəydi, bu, qarışıqlıqlar nəticəsində belə zərərdən xilas olmağa kömək edərdi.

"Report" xəbər verir ki, ABŞ administrasiyasının rəhbəri bu barədə fikirlərini sosial şəbəkədəki hesabında bildirib.

"Milli Qvardiya Minneapolisə demokrat merin edə bilmədiyi işi görmək üçün cəlb olunmuşdu. Onları iki gün əvvəl cəlb etməli idilər, orada belə ziyanlar olmaz, polis idarəsi tutulmaz və dağıntılar olmazdı. Milli Qvardiya tərəfindən əla iş. Heç bir oyun!" - Tramp "Twitter"dəki səhifəsində yazıb.

Minneapolis meri 38 yaşlı demokrat Djeykob Freydir. ABŞ prezidenti daha əvvəl də onu qarışıqlıqlar zamanı hərəkətlərinə görə sərt tənqid edib. Qeyd edək ki, Minnesotanın qubernatoru Tim Uold da həmçinin Demokrat Partiyasını təmsil edir.

Şənbə günü Tramp qarışıqlıqların yatırılması üçün etirazçıları "hərbçilərin qeyri-məhdud gücü”ndən istifadə ilə hədələyib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Mənbə: report.az