Tramp Rusiyanı Vaşinqtona dəvət edir - ŞOK DƏYİŞİKLİK

Tramp Rusiyanı Vaşinqtona dəvət edir - ŞOK DƏYİŞİKLİK

10-12 iyunda keçirilməsi planlaşdırılan G7 Liderlər Zirvəsi sentyabra qədər təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

Florida səyahətindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Tramp zirvənin Vaşinqtonda üz-üzə keçirilməsinin tərəfdarı olduğunu dilə gətirib: “Zirvəni sentyabra qədər təxirə salıram. Qrupa Rusiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın daxil olmasını istəyirik. Çünki hazırkı tərkib dünyada olanları düzgün şəkildə təmsil etmir. Bu ölkələr qrupu zamanını doldurdu”.

Qeyd edək ki, G7 Kanada, Fransa, İtaliya, Almaniya, Yaponiya, İngiltərə və ABŞ-dan ibarətdir.

Zümrüd

Mənbə: publika.az