Rusiyadan suriyalı məhkumlara inanılmaz təklif

Rusiyadan suriyalı məhkumlara inanılmaz təklif

Rusiya Dəməşqdəki həbsxanalarda cəza çəkən məhkumlara Liviyada döyüşmək üçün təklif göndərib.

Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatı iddia edib.

Məhkumlara Liviyada qiyamçı Xəlifə Haftar tərəfində 3 ay döyüşdükləri təqdirdə cəzalarının silinəcəyi deyilib.

Rusiyanın əvvəl məhkumlara, daha sonra da onların ailələrinə təkliflə bağlı vaxt verildiyi iddia olunur.

Qeyd edək ki, Rusiyanın bir neçə gün öncə 150 Suriya vətəndaşını aylıq 1000-1500 dollar qarşılığında Liviyada döyüşməyə göndərdiyi bildirilmişdi.

Mənbə: axar.az