Qarabağdakı qondarma quruma yeni təyinatlar

Qarabağdakı qondarma quruma yeni təyinatlar

İşğal altında olan Qarabağdakı qondarma qurumun yeni “rəhbəri” öz “Facebook” səhifəsində canlı yayım zamanı yeni təyinatlar barədə məlumat verib. Samvel Sergey Şahramanyan qondarma qurumun “Milli Təhlükəsizlik Xidmətinin direktoru” vəzifəsindən azad olunub və “Hərbi Vətənpərvərlik, Gənclər, İdman və Turizm naziri” vəzifəsinə təyin olunub.Erməni general-mayor Kamo Abqar Ağacanyan qondarma qurumun “polis rəisi müavini” vəzifəsindən azad olunaraq “Milli Təhlükəsizlik Xidmətinin direktoru” təyin olunub.
Qarabağdakı qanunsuz “hərbi birləşmə” nin keçmiş komandiri Samvel Babayan qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” vəzifəsinə təyin olunub.
Masis Mayilyan isə qondarma qurumun “Xarici İşlər naziri” vəzifəsinə təyin olunub.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az