Azərbaycan KTMT müşahidəçisi olacaq? – İrəvan təşvişdə

Azərbaycan KTMT müşahidəçisi olacaq? – İrəvan təşvişdə

Bir müddət bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra onlayn birfinq zamanı bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları statusunu ala bilər. Rus hərbi analitik Vladimir Yevseyev bildirib ki, konkret olaraq Azərbaycan məsələsi üzrə bənzər danışıq KTMT və Azərbaycan gündəmində hələ qeyd olunmur.
Yevseyevin sözlərinə görə, lakin bu barədə zaman-zaman danışılır və bu gün də bu danışıqlar aktivləşəcək, çünki Azərbaycanın bənzər status üçün imkanı var.
“Rusiya Xarici İşlər naziri iddiaçılar siyahısında Azərbaycan barədə qeyd etməyib, çünki Azərbaycandan bənzər müraciət yoxdur”, - deyə rus hərbi analitik bildirib.
Jurnalistin “Əgər təşkilatlar da bənzər statusu ala bilərsə, MDB və Azərbaycanın müşahidəçi statusu alması mümkündür?” sualına Yevseyev cavab verib ki, bu barədə Rusiya Xarici İşlər naziri tərəfindən danışılıb, bunun məqsədi KTMT-nin təsir zonasını və ümumi mənada KTMT-ni genişləndirməkdir.
“Bu barədə bəyanatlar göstərir ki, müəyyən proseslər və müzakirələr olub, təşkilat tərəfindən müraciət var”, - deyə Yevseyev bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az