Tramp amerikalılara Marsa uçmaq və “super silah” vəd etdi

Tramp amerikalılara Marsa uçmaq və “super silah” vəd etdi

ABŞ prezidenti Donald Tramp “Crew Dragon” kosmik gəmisinin MKS-a buraxılmasından sonra ABŞ vətəndaşlarının tezliklə Marsa uçacağını və “ən böyük silah”a sahib olacağını deyib.

Avropa.info xəbər verir ki, Tramp bu silahın hansı növ olacağını deməyib.

“Tezliklə Marsa enəcəyik və bizim tarixdə görə biləcəyimiz ən böyük silahımız olacaq. Mən layihələri gördüm, hətta özüm belə buna inana bilmədim” – Tramp deyib.

Qeyd edək ki, Tramp iki həftə əvvəl amerikalılara Rusiyanın ən müasir raketlərindən üç dəfə sürətli super raket vəd etmişdi.

Mənbə: avropa.info