Erməni-gürcü münasibətləri böhran həddindədir

Erməni-gürcü münasibətləri böhran həddindədir

“Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin üzvləri son günlərdə hər şey edirlər ki, onsuz da sadəcə “tostlar səviyyəsində” olan erməni-gürcü “qardaşlıq” münasibətlərini ümumiyyətlə korlasınlar”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan son video çıxışında Nikolun 14 min 875 kiloqram siqareti rəsmi Tiflisin Rusiya tərəfindən işğal olunmuş hesab etdiyi Abxaziyaya necə ixrac etdiyi barədə qalmaqallı faktları ortaya qoydu.

“Ermənistan hansı vəziyyətə düşə biləcəyini başa düşərək Abxaziyanın müstəqilliyini tanımayıb. Son zamanlarda qaçaq yolla Ermənistandan bu qədər siqaretin çıxarılması ölkəmizin “banan” respublikalarına bənzəyən beynəlxalq imicinə də çox böyük zərbədir”, - deyə Hambaryan bildirib.

Bununla yanaşı, mayın 22-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın müəyyən açıqlamaları bəzi gürcü dairələrində təəccüblə qarşılanıb.

Gürcüstanı xüsusilə bu hal narahat edib ki, Ermənistanın Səhiyyə naziri Ermənistanın anti-epidemiya sistemini daha yaxşı olaraq qiymətləndirib.

Gürcü siyasi analitik Soso Tsintsadze bildirib ki, bu cür çətin vəziyyətdə bəznər şərhlərdən “böyük hekayə hazırlamaq” lazım deyil.

 

Mənbə: ordu.az